Yaponiya mediasının məlumatına görə, hücum edən şəxs Şinzo Abenin siyasi baxışlarından narazı idi və onu öldürmək istəyirdi
Yaponiya mediasının məlumatına görə, hücum edən şəxs Şinzo Abenin siyasi baxışlarından narazı idi və onu öldürmək istəyirdi

Hücum edən şəxs Şinzo Abenin siyasi baxışlarından narazı idi və onu öldürmək istəyirdi, – Bu barədə Yaponiya mediası məlumat yayır.

Yapon mediası yazır ki, 41 yaşlı hücumçu Tetsuya Yamaqami Yaponiya Hərbi Dəniz Qüvvələrində üç il ərzində xidmət edirdi.

Yerli tibb müəssisəsinin məlumatına görə, Yaponiyanın keçmiş baş nazirinin həyat əlaməti yoxdur.

Şinzo Abeyə hücum Nara şəhərində Müşavirlər Palatasına seçki kampaniyası zamanı baş verdi. Şahidlər iki atəş səsi eşiditdilər, bundan sonra Şinzo Abe yıxıldı və huşsuz vəziyyətdə xəstəxanaya aparıldı.

Yaponiyanın baş naziri, Umio Kişida keçmiş baş nazirə hücumu kəskin şəkildə pislədi. Onun məlumatına görə, Şinzo Abenin vəziyyəti çox ağırdır.

Şinzo Abe baş nazir vəzifəsini 2006-2007 və 2012-2020-ci illərdə tuturdu. O, Yaponiya tarixində bu vəzifədə ən uzun müddət iləyib. Şinzo Abe 2020-ci ildə səhhətinə görə istefa verdi.