Yaponiya hökumətinin rəhbəri ABŞ Prezidenti və Yaponiyanın Baş nazirinin Çinlə münasibətlər məsələsini müzakirə etdiyini bildirir
Yaponiya hökumətinin rəhbəri ABŞ Prezidenti və Yaponiyanın Baş nazirinin Çinlə münasibətlər məsələsini müzakirə etdiyini bildirir

 

ABŞ Prezidenti və Yaponiyanın Baş naziri Çinlə münasibətlər məsələsini müzakirə edib.

Yaponiya hökumətinin rəhbəri Sanae Takaiçi Donald Trampın son vaxtlardakı ABŞ-Çin münasibətlərindən və eləcə də, Çin Prezidenti Si Dzinpinlə keçirilən danışıqlardan danışdığını bildirib.

“Cari beynəlxalq vəziyyətdə, prezident Trampın Yaponiyaya son səfərindən sonra Yaponiya ilə Amerika Birləşmiş Ştatları arasında sıx əməkdaşlığı təsdiqləyə bildiyimə inanıram. Prezident Tramp mənə çox yaxın dost olduğumuzu və istənilən vaxt onunla əlaqə saxlaya biləcəyimi dedi. Danışıqlarımızın məzmunu ilə əlaqədar, bu, diplomatik münasibətlərlə bağlı olduğundan, detalları açıqlamaqda təmkinli davranmaq istərdim” – Sanae Takaiçi bildirib.