Yanvarın 3-ü, 6-sı, eləcə də yanvarın 8-dən 10-u da daxil olmaqla qeyri-iş günləri elan edilib
Gürcüstan hökumətinin qərarına əsasən, Ümumi İnzibati Məcəllə ilə müəyyən edilmiş inzibati orqanlarda çalışanlar üçün 2025-ci ilin yanvarın 3-ü, 6-sı, 8-dən 10-u da daxil olmaqla qeyri-iş günləri elan edilib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze müvafiq qərarı bu gün imzalayıb.
Qərarda qeyd olunduğu kimi, inzibati orqan tabeliyində olan/sisteminə daxil olan və funksiyalarının yerinə yetirilməsi dövlət hakimiyyətinin həyata keçirilməsi və cəmiyyətin normal fəaliyyəti üçün təxirəsalınmaz zərurət daşıyırsa, bu qərarın şamil edilməyəcəyi xidmətləri/işçiləri müəyyən edir.
Qərar Gürcüstan Milli Bankının nəzarəti altında olan şəxslər qarşısında yerinə yetirilməli olan maliyyə öhdəliklərinə şamil edilmir.
Bununla yanaşı, qərar “Dövlət satınalmaları haqqında” Gürcüstan qanununda nəzərdə tutulmuş dövlət satınalmaları ilə bağlı fəaliyyətlərə şamil edilmir.