Yanvarda Gürcüstana ən çox beynəlxalq səfər Azərbaycandan, Ermənistandan, Rusiyadan və Türkiyədən baş tutdu
2020-ci ilin yanvarında Gürcüstana ən çox – 124 534 beynəlxalq səfər Azərbaycandan baş tutdu. Bu göstərici, ötən ilin yanvar ayının göstəricilərindən 34.9 faiz ilə artıqdır.
Statistikanı Milli Turizm Administrasiyası yayır.
Bu baxımından ikinci yerdə Ermənistandır. Buradan cari ilin yanvarında Gürcüstana 91 580 beynəlxalq səfər baş tutdu ki, bu da 2019-cu ilin analoji dövrünün eyni göstəricisindən 17.5 faiz ilə artıqdır.
Üçüncü yerdə 86 884 beynəlxalq səfərlə Rusiyadır (artım 1.1 faiz) və dördüncüdə 75 012 beynəlxalq səfərlə Türkiyədir (artım 16.6 faiz).
Bununla yanaşı, Milli Turizm Administrasiyasının məlumatına görə, Avropa İttifaqı ölkələrindən də müsbt tendensiya qorunub saxlanılır. Yanvarda Gürcüstana beynəlxalq səfərlərlə fərqlənirdilər: İtaliya – 133.1 faizlik artım, Polşa – 82.9 faizlik artım, Fransa – 46.8 faizlik artım, Litva – 43.7 faizlik artım.
İlkin göstəricilərlə, 2019-cu ildə Gürcüstan beynəlxalq səfərlərdən gəlir 3.3 milyard dollarını təşkil edir. Göstərici ötən ilin analoji gpstıricisindın 47 milyon ilə artıqdır.