Yanvar-apreldə Gürcüstandan 26 mln şüşə şərab və 8,4 mln şüşə brend ixrac edilib
Yanvar-apreldə Gürcüstandan dünyanın 38 ölkəsinə 26 mln şüşə (0,75l) şərab ixrac edilib ki, bu da 2018-ci ilin göstəricisindən 4 faiz ilə artıqdır, – bu barədə Milli Şərab Agentliyinin məlumatında qeyd olunub.
Agentliyin məlumatına görə, ixrac edilmiş şərabın qiyməti 63,2 mln ABŞ dollarına çatır. Gürcü şərabının satılması Amerika, Asiya və Avropa istiqamətinə artıb. İxracat gürcü şərabının strateji bazarında artıb: ABŞ – 108% (219713 şüşə), Çin – 22% (2192025) və Polşa – 16% (1173850). Artım həmçinin qarşıdakı ölkələrdə qeydə alınır: İsrail – 102% (106572), Belarus – 88% (604076), Fransa – 81% (43938), Monqolustan – 72% (106452), Kanada – 70% (66960), Hollandiya – 37% (40930), Estoniya – 15% (214502), Litva – 4% (179370), Rusiya – 4% (16850331) və sair.
Bununla yanaşı dünyanın 16 ölkəsinə 8,4 mln şüşə (0,5l) brend ixrac edilib ki, bu da 2018-ci ilin eyni göstəricisindən 67 faiz ilə artıqdır. Brendin ixracatı ilə əldə olunan gəlir, 18 mln ABŞ dollarını təşkil edir.