Yanğınsöndürən-xilasedicilər korpusun uçması nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verdilər
Batumidə, Məryam Ana Kafedral Məbədində, harada da korpusun uçması nəticəsində həlak olanların mülki dəfn mərasimi keçirilir, FHX-nin əməkdaşları getdilər.
Yanğınsöndürən-xilasedicilər korpusun uçması nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verdilər.
Faciə zamanı dünyasını dəyişən dörd vətəndaşı bu gün dəfn edəcəklər.
Batumidə, 26 May küçəsində 8 oktyabrda təxminən saat 12:00 radələrində yaşayış korpusunun bir hissəsi uçdu. Doqquz insan vəfat etdi, bir nəfər xəsarət aldı.
DİN korpusun uçması faktı üzrə aparılan istintaq çərçivəsində üç nəfəri yaxaladı. Prokurorluq onları insan ölümü və ağır nəticələrlə nəticələnən tikinti işləri zamanı təhlükəsizlik qaydalarını pozmaqda ittiham edib. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

