Yanğınsöndürən-xilasedicilər alp zonasında olan yaralı kişini xilas ediblər
Fövqəladə Halların İdarəolunması Xidmətinin əməkdaşları alp zonasında olan yaralı kişinin həyatını xilas ediblər. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəolunması Xidməti yayır.
Onların məlumatına əsasən, yanğınsöndürən-xilasedicilər müvafiq avadanlıq və Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin helikopterinin iştirakı ilə vətəndaşı xəstəxanaya çatdırıblar və ona müvafiq tibbi yardım göstərilir.
“Daxil olan məlumata əsasən, Kaxetidə, Artana kəndindən dəniz səviyyəsindən 2800 metr yüksəklikdə, alp zonasında yeddi nəfər olub. Daş tökülməsi nəticəsində onlardan biri xəsarət alıb və təcili yardıma ehtiyac duyurdu.
Xilasetmə əməliyyatında Fövqəladə Halların İdarəolunması Xidmətinin xüsusi hallara reaksiya verən yanğınsöndürən-xilasedicilər qrupu ilə birlikdə Sərhəd Polisinin helikopteri iştirak edirdi” – Fövqəladə Halların İdarəolunması Xidmətinin məlumatında qeyd olunub.