Yanğınsöndürən-xilasedicilər 13 iyunda vəfat edənlərin xatirəsini yad etdilər
Fövqəladə Hallar İdarəsi Xidmətinin əməkdaşları 13 iyunda vəfat edənlərin memorialına gedərək xatirəsini yad etdilər. Məlumatı Fövqəladə Hallar İdarəsi Xidməti yayır.
Yanğınsöndürən-xilasedicilər altı il bundan əvvəl qəhrəmancasına dünyasını dəyişən əməkdaşlarını, Zurab Muzaşvilinin xatirəsini bir daha yad etdilər. Muzaşvili xilasedici əməliyyatı zamanı altı insanın həyatını xilas etdi. Özü isə, təhlükəsiz yerə çıxa bilmədi
Fövqəladə Hallar İdarəsi Xidməti 13 iyun faciəsinə ilk münasibət bildirən idi. Yanğınsöndürən-xilasedicilər həmin dövrü fəlakətin episentrində işləyirdilər və vətandaşlara yardım edirdilər. Fövqəladə Hallar İdarəsi Xidmətinin əməkdaşları ilkin münasibətdən başqa, bir neçə həftə ərzində fəlakətin likvidasiyası və bərpası işinə qoşulmuşdular.
Memorial qarşısına Fövqəladə Hallar İdarəsi Xidmətinin Yanğınsöndürən-xilasedici qüvvələri departamentinin rəisi müavini, mülki təhlükəsizlik polkovniki, Mamuka Sepaşvili və Tbiılisi Baş İdarəsinin rəisi, mülki təhlükəsizlik vitse-polkovniki, Otar Kereselidze getmişdilər.