Yan Kelli - Bəli, xüsusi əməliyyat barədə sullarımız olacaq və Gürcüstana yardım etməya hazırıq
Əks-terror əməliyyatının istintaqı prossesinə FBI-nin ekspertləri qoşulublar, – bu barədə Amerikanın Gürcüstandakı səfiri, parlamentdə bəyan etdi.
Yan Kellinin dediyinə görə, ABŞ istintaq prossesində, Gürcüstana istənilən növlü yardımın edilməsinə hazırdır.
“Biz hökumətə texniki yardım təklif etdik və bu gün artıq edirik. Bu, hər birimizə aid olan məsələdir – beynəlxalq terrorizm məsələsi. Gürcüstan bizim partnyorumuzdur və sözsüz ki, hər növlü yardım etməyə hazırıq”, – səfir bəyan etdi.
Terrorizmə qarşı mübarizə baxımından ən əsas çağırış nəyin olduğu sualına Yan Kelli bu cür cavab verdi.
“Düşünürəm, əsas çağırış məlumatdır. Çox önəmlidir ki, məlumatı mübadilə edirik, əməliyyatlarla əlaqədar əməkdaşlıq edirik. Bu çox əhəmiyyətli məsələdir. Sevinirəm ki, təhlükəsizlik sahəsində ABŞ və Gürcüstan arasında əməkdaşlıq məhsuldardır”.
Xüsusi əməliyat zamanı məhv edilən şəxslərin kimliyinə gəldikdə isə, səfir qeyd etdi:
“Bizim bir çox sualımız var. Düşünürəm Gürcüstan hökumətinin də sualları var. İlk növbədə, biz 100 faiz ilə əmin olmalıyıq ki, həmin şəxs Ahmed Çatayevdir. Bəli, xüsusi əməliyyat barədə sullarımız olacaq və Gürcüstana yardım etməya hazırıq”.
Səfirin dediyinə görə, xüsusi əməliyyat zamanı Amerika qüvvələri iştirak etməyib və qeyd etdi ki, “bu gürcü əməliyyatı idi”.