Yamaykada “Melissa” qasırğasının səbəb olduğu daşqın nəticəsində ölkədə dörd nəfərin həlak olduğunu təsdiqləyirlər
Yamaykada “Melissa” qasırğasının səbəb olduğu daşqın nəticəsində ölkədə dörd nəfərin həlak olduğunu təsdiqləyirlər.
“Təəssüflə bəyan edirəm ki, Sent Elizabetdə polis dörd nəfərin, üç kişi və bir qadının ölümünü təsdiqləyib. Onları fırtına nəticəsində yaranmış daşqın dalğası aparıb” – Yamaykanın yerli özünüidarəetmə və ictimaiyyətin inkişafı naziri qeyd edib.
Daha əvvəl mediada Haitidə “Melissa” qasırğasının səbəb olduğu daşqın nəticəsində həlak olanların sayının 40-a yüksəlməsi haqda məlumat yayılmışdı. Rəsmi şəxslərin izahatına əsasən, həlak olanların sayı ola bilsin artsın, çünki ölkədə güclü yağış davam edir.