Yaxın Şərqdə uzunmüddətli missiyadan sonra ABŞ-ın “Abraham Lincoln” təyyarədaşıyan gəmisi vətənə qayıdır
Yaxın Şərqdə uzunmüddətli missiyadan sonra ABŞ-ın “Abraham Lincoln” təyyarədaşıyan gəmisi vətənə qayıdır
ABŞ mediasının məlumatına görə, təyyarədaşıyan gəmi artıq 9 aydır missiyadadır və bir neçə həftə ərzində San Dieqoya çatacaq.
“Abraham Lincoln”un göyərtəsində 5 000-ə yaxın dənizçi və dəniz piyadası var. Gəminin Yaxın Şərqdə olduğu və İrana qarşı müharibədə iştirak etdiyi dövrdə təchizat və heyətin psixi sağlamlığı ilə bağlı problemlər barədə məlumatlar yayılıb.
Gəmidə xidmət edən hərbçilərin yaxınları NBC News-a bildiriblər ki, şərait ağır olub. Buna misal olaraq ərzaq və digər təchizat çatışmazlığını göstəriblər. ABŞ rəsmilərinin sözlərinə görə, gəmidə bir neçə dəfə insanların dənizə atlanması ilə bağlı insident də baş verib.
ABŞ-ın müharibə naziri Pit Heqset ötən həftə “Abraham Lincoln”dakı vəziyyətlə bağlı yayılan məlumatların “tamamilə təhrif edildiyini” bildirib.
“Abraham Lincoln” Yaxın Şərqdən ayrıldıqdan sonra bölgəyə daha bir təyyarədaşıyan gəmi – “George Washington” göndərilib.