Yaxın Şərqdə baş verən hadisələrə görə Tbilisi və Batumi beynəlxalq hava limanlarından 16 reys ləğv edilib

12:40, 02.03.2026

Yaxın Şərqdə baş verən hadisələrə görə Tbilisi və Batumi beynəlxalq hava limanlarından reyslər ləğv edilib.

Tbilisi və Batumi beynəlxalq hava limanlarını idarə edən şirkət — “TAV Georgia”nın məlumatına görə, bugünkü göstəricilərə əsasən, ümumilikdə 16 reys ləğv olunub.

Tbilisi beynəlxalq hava limanından Təl-Əviv, Əbu-Dabi, Şarja və Dubay istiqamətində 13 reys ləğv edilib, Batumidən isə üç uçuş dayandırılıb və onların hamısı Təl-Əviv istiqamətindədir. Digər istiqamətlər üzrə məhdudiyyət yoxdur.

Oxşar