Sinoptiklər havanın temperaturunun artmasını dekabrın 9-dan ehtimal edirlər. Mühitin Milli Agentliyinin Hidrometeoroloji Proqnozlar Mərkəzinin rəhbəri Svetlana Nioradzenin Birinci Kanala Bildirdiyinə görə, Qərbi Gürcüstanda hava 13-15 dərəcə, Şərqi Gürcüstanda isə 4-9 dərəcə olacaqdır.
“Sabahdan havanın temperaturu artacaq və Şərqi Gürcüstanda 13-15 dərəcə, Qərbi Gürcüstanda gündüz 4-9 dərəcə isti gözlənilir.
10 dekabrda Qərbi Gürcüstanda temperatur 12-17 dərəcə, şərqdə 5-10 dərəcə isti olacaq.
Dekabrın 11-də qərbi Gürcüstanda demək olar ki, həryerdə yağış yağacaq, qərbdə bəzi yerlərdə, dağda qar yağacaq və qərb istiqamətinə güclü külək əsəcək, havanın temperaturu 9-10 dərəcə olacaq”, – Svetlana Nioradze bəyan etdi.
Mühitin Milli Agentliyinin Hidrometeoroloji Proqnozlar Mərkəzinin rəhbərinin dediyinə görə, dekabrın 12-dən Gürcüstanın bütün ərazisində havalar yaxşılaşacaq.