Xviça Kvaratsxeliya – İnanırdım ki, Çempionlar Liqasını qazanmaq mümkündür  #1TVSPORT
Xviça Kvaratsxeliya – İnanırdım ki, Çempionlar Liqasını qazanmaq mümkündür #1TVSPORT

Çempionlar Liqasının qalibi Xviça Kvaratsxeliya ilk şərhini UEFA-nın televiziyası ilə əməkdaşlıq edən ekspert Piter Şmayxellə verdi.

Əfsanəvi danimarkalı qapıçı gürcü futbolçuya belə müraciət etdi:

– Xviça, dörd ay əvvəl tam fərqli bir yerdə idin, indi isə Çempionlar Liqasının qalibisən. Üstəlik, bu sadəcə 1:0 deyildi – siz 5:0 hesablı qələbə qazandınız! Bu anda nə hiss edirsən?

– Təsvir etmək çətindir. Bu, inanılmaz hissdir, hələ də şokdayam. Hələ də inana bilmirəm ki, buradayam. Amma mən həmişə inanırdım ki, bu mümkündür. Mən artıq Çempionlar Liqasının qalibiyəm və bu, məni çox xoşbəxt edir. Bu uğuru birlikdə qazandıq – klubla və məşqçilərlə birlikdə.

– Gerçəkdən də qürur duymalısan. Bu, sadəcə bu günə aid deyil – sən PSJ-yə qoşulandan bəri heyrətamiz performans göstərirsən. Səncə, bu komanda hara qədər gedə bilər və bu hökmranlığı nə qədər davam etdirə bilərsiniz?

– Düşünürəm ki, bu komanda mən gəlməmişdən əvvəl də bu titula layiq idi, amma futbolda çətin anlar olur, onları dəf etməlisən. Biz bunu bacardıq. Finalda “İnteri” 5:0 hesabı ilə məğlub etmək heç də asan deyil.

– Görünür ki, bu gün hər biriniz Luis Enrikenin futbol tərzindən zövq alırdınız.

– Ən önəmlisi odur ki, biz bir ailə kimiyik. Həmişə çalışırıq ki, bir-birimizə maksimum dəstək olaq. Məşqçimiz mükəmməl işləyir, hər şeyi əla izah edir və biz də çalışırıq ki, bunu meydanda əks etdirək.