Xviça Kvaratsxelia Ginnes Dünya Rekordlar Kitabına daxil edilib #1TVSPORT

16:27, 07.11.2026

 

Xviça Kvaratsxelia və “Pari Sen-Jermen” Ginnes Dünya Rekordlar Kitabına düşüblər. Paris klubunda 12 rekord qeydə alınıb, bunlardan biri gürcü ulduza məxsusdur.

Xviça Kvaratsxelia Çempionlar Liqasının pley-off mərhələsində qol iştirakının (qol + qol ötürməsi) ən uzun seriyasına sahib olub. Gürcüstan yığmasının kapitanı ardıcıl yeddi matçda qol və ya qol ötürməsi ilə fərqlənməyi bacarıb.

Paris klubunun digər rekordları da təsiredicidir. “Pari Sen-Jermen” Çempionlar Liqasının bir mövsümündə ən çox – 45 qol vurub. Bundan başqa, komanda turnirin finalında ən böyük fərqlə qalib gəlib – 2025-ci ildə “İnter”i 5:0 hesabı ilə məğlub edib. Parislilər Liqa 1-də ən çox titula (14) sahibdirlər. Bununla yanaşı, onlar Fransa çempionatının bir mövsümündə ən çox – 96 xal toplayıblar.

Çempionlar Liqasının bir mövsümündə ən çox dəqiq ötürmə rekordu Vitinyaya məxsusdur – 1602. Liqa 1-də ən çox çempionluq titulunu isə Markinios qazanıb – 11.

Bundan başqa, Ginnes Dünya Rekordlar Kitabına Paris klubunun aşağıdakı nailiyyətləri də daxil edilib:

Liqa 1-də ən uzun məğlubiyyətsizlik seriyası – 36 oyun

Liqa 1-də səfər qarşılaşmalarında ən uzun məğlubiyyətsizlik seriyası – 39 oyun

Liqa 1-in bir mövsümündə ən uzun qələbə seriyası – 14 oyun

Liqa 1-də bir futbolçunun ən uzun məğlubiyyətsizlik seriyası – Fabian Ruis, 51 oyun

Oxşar