Xüsusi Penitensiar Xidmətin yaxınlığında məhkum Qiorqi Davitadzenin ailə üzvləri və yaxınları etiraz aksiyası keçirirlər
Tbilisidə, Xüsusi Penitensiar Xidmətin binası yaxınlığında məhkum Qiorqi Davitadzenin ailə üzvləri, yaxınları və tərəfdarları etiraz aksiyası keçirirlər.
Aksiya iştirakçıları penitensiar sistemdə məhbusa qarşı ehtimal edilən işgəncə və qeyri-müvafiq rəftar faktlarına etiraz edirlər. Ailənin əsas tələbləri cinayətdə iştirak edən bütün şəxslərin dərhal cinayət məsuliyyətinə cəlb edilməsidir.
“Milli Hərəkat” və “Lelo”nun nümayəndələri Xüsusi Penitensiar Xidmətin yaxınlığındadırlar.
Rustavinin 6 saylı penitensiar müəssisəsinin rəisinin vəzifəsindən istefa verməsi, baş vermiş hadisəni əks etdirən video kadrların tam və kəsilmədən ictimailəşdirilməsi. Ailə üzvləri tələblərinə real reaksiya verilənədək etirazı dayandırmayacaqlarını bildirirlər.



