Xüsusi Penitensiar Xidmət "Vivamed" klinikasında məhbusun dünyasını dəyişməsi ilə əlaqədar bəyanat yayır
Xüsusi Penitensiar Xidmət "Vivamed" klinikasında məhbusun dünyasını dəyişməsi ilə əlaqədar bəyanat yayır

 

Xüsusi Penitensiar Xidmət “Vivamed” klinikasında məhbusun dünyasını dəyişməsi ilə əlaqədar bəyanat yayır.

Bəyanatda deyildiyi kimi, faktla bağlı Ədliyyə Nazirliyinin müvafiq bölməsi istintaq başladıb və intensiv istintaq hərəkətləri aparılırdı.

“Xüsusi Penitensiar Xidmət müttəhim İ.Q.-nin dünyasını dəyişməsi ilə əlaqədar müxtəlif media vasitələri tərəfindən yayılmış məlumata münasibət bildirir.

Xüsusi Penitensiar Xidmət məhbusun ailə üzvlərinə başsağlığı verir və məhbusun dünyasını dəyişməsi faktı ilə manipulyasiya aparılmasını qınayır, bu da bəzi media vasitələri tərəfindən insani faciənin siyasi məqsədlər üçün istifadə olunmasının növbəti nümunəsidir.

Bir daha ictimaiyyətə izah etmək istərdik ki, müttəhim İ.Q. qanunvericiliyin tələblərinə əməl olunmaqla №8 cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Müəssisəyə yerləşdirildiyi gündən müttəhim tibbi heyətin nəzarəti altında olub. O, yerləşdirilərkən ilkin tibbi müayinə və müvafiq tədqiqatlardan keçib.

Bununla yanaşı, xüsusi olaraq qeyd edirik ki, müttəhim İ.Q.-nin və ya onun hüquqlarını müdafiə edən şəxsin müəssisədə olduğu bütün müddət ərzində nə Penitensiar Xidmətə, nə də №8 müəssisənin administrasiyasına yönəlik təqsirləndirilən şəxsin hüquqlarının pozulması ilə bağlı hər hansı şikayəti qeydə alınmayıb.

İctimaiyyətə məlum olduğu kimi, 2025-ci ilin yanvarın 23-də müttəhim İ.Q.-nin səhhəti pisləşdi. Müəssisənin administrasiyası dərhal 112 – Təcili Tibbi Yardım xidməti briqadasını çağırıb və briqada müttəhimi mülki sektora aid çoxprofilli tibb müəssisəsinə köçürüb. Müttəhim İ.Q. tibb müəssisəsinin kritik tibb şöbəsinin tibbi heyətinin daimi nəzarəti altında olub, lakin 2025-ci ilin mayın 4-də dünyasını dəyişib

Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət müttəhimin ailəsi və Xalq Müdafiəçisi Aparatı ilə fəal ünsiyyətdə olub.

İctimaiyyətin məlumatlandırılması məqsədilə bir daha bəyan edirik ki, yuxarıda qeyd olunan faktla əlaqədar Ədliyyə Nazirliyinin müvafiq bölməsi dərhal istintaq başladıb və intensiv istintaq hərəkətləri aparılırdı. Qeyd edilməlidir ki, cari istintaq çərçivəsində dava-dalaş və zorakılıq faktı təsdiqini tapmır.

Hazırda Xüsusi İstintaq Xidməti də istintaq hərəkətlərinə cəlb olunub. İctimaiyyətə istintaq başa çatdıqdan sonra nəticələr barədə məlumat veriləcək.

Bununla yanaşı, Ədliyyə Nazirliyi, müttəhim İ.Q.-nin ailə üzvlərinə və hüquq müdafiəçilərinə istintaqın effektiv və hərtərəfli aparılması marağını nəzərə almaqla, qanunla müəyyən edilmiş istənilən məlumatın verilməsinə hazırdır” – bəyanatda qeyd olunub.