Xüsusi İstintaq Xidmətində istintaqın gedişatı ilə bağlı ictimaiyyətə yaxın vaxtlarda məlumat verməyi planlaşdırdıqlarını bildirirlər
Xüsusi İstintaq Xidmətində bildirirlər ki, aksiyalarda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aksiya iştirakçılarına və media vasitələrinin nümayəndələrinə qarşı zorakılıq törətməklə vəzifə səlahiyyətlərindən sui-istifadə və jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə faktları üzrə başladılmış istintaqın gedişatı ilə bağlı ictimaiyyətə yaxın vaxtlarda məlumat verməyi planlaşdırırlar.
Onlar, bu barədə bütün maraqlı şəxslərə də məlumat veriləcəyini deyiblər.
“Xüsusi İstintaq Xidmətində cari ilin noyabr/dekabr aylarında parlamentə bitişik ərazidə aksiyanın gedişatı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aksiya iştirakçılarına və media vasitələrinin nümayəndələrinə qarşı zorakılıq törətməklə vəzifə səlahiyyətlərindən sui-istifadə və jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “b” yarımbəndi və 154-cü maddəsinin 2-ci hissəsi ilə istintaq aktiv rejimdə aparılır.
Xüsusi İstintaq Xidməti istintaqın gedişatı ilə bağlı ictimaiyyətə yaxın vaxtlarda məlumat verməyi planlaşdırır. Müvafiq olaraq, bütün maraqlı şəxslərə də məlumat veriləcək” – Xüsusi İstintaq Xidmətinin məlumatında qeyd olunub.