Xüsusi İstintaq Xidmətində bəyan edirlər ki, “Tv Pirveli” əməkdaşlarının jurnalistika fəaliyyətinə qanunsuz müdaxilə işi üzrə istintaqa başaldılar

15:16, 24.06.2022

“Tv Pirveli” əməkdaşlarının jurnalistika fəaliyyətinə qanunsuz müdaxilə işi üzrə istintaqa başlandı. Bu barədə Xüsusi İstintaq Xidmətinin məlumatında deyilir.

“Xüsusi İstintaq Xidməti “Tv Pirveli” əməkdaşlarının – jurnalist Nanuka Kacaiya və onun operatorunun jurnalistika fəaliyyətinə qanunsuz müdaxilə fakrı üzrə, Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin ikinci hissəsi ilə istintaqa başaldı.

Xüsusi İstintaq Xidməti istintaqın obyektiv və hərtərəfli aparılmasını təmin etmək üçün qısa müddətdə bütün zəruri istintaq və prosessual hərəkətlərini həyata keçirəcək”, – bəyanatda deyilir.

 

Oxşar