Xüsusi İstintaq Xidməti Soso Qoqaşviliyə qarşə zorakılıq yolu ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı istintaqa başladı

20:12, 17.07.2022

Xüsusi İstintaq Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəis müavini, Soso Qoqaşviliyə qarşə zorakılıq yolu ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı istintaqa başladı. Bu barədə Gürcüstanın Birinci Kanalına istintaq orqanından bəyan etdilər.

“Xüsusi İstintaq Xidməti Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsinin “b” bəndində nəzərdə tutulmuş cinayət əlamətləri ilə İoseb Qoqaşviliyə qarşı vəzifə səlahiyyətlərindən zorakılıqla sui-istifadə etmə faktı ilə bağlı istintaqa başladı”, – Xüsusi İstintaq Xidmətində bəyan edirlər.

Soso Qoqaşvilinin ailə üzvləri bəyan edirlər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həbs olunarkən Qoqaşviliyə fiziki xəsarətlər yetiriblər. Onun vəkilləri də iddia edirlər ki, Qoqaşvilinin üzündə və bədənində xəsarətlər var və bu səbəbdən onlar tibbi ekspertizadan keçirilməsini tələb ediblər.

 

Oxşar