Xüsusi İstintaq Xidməti Gürcüstanın Baş Prokurorluğuna birləşdiriləcək – bu barədə məlumatı Xüsusi İstintaq Xidmətindən Gürcüstanın Birinci Kanalına təsdiqləyiblər.
Xüsusi İstintaq Xidmətində bəyan etdikləri kimi, qanunvericilik təşəbbüsü Gürcüstan Parlamentində büroya təqdim edildikdən sonra ictimaiyyətə əlavə təfərrüatlar açıqlanacaq.
“Biz təsdiq edirik ki, Xüsusi İstintaq Xidməti Gürcüstanın Baş Prokurorluğuna birləşdiriləcək. Dəyişikliyin zərurəti və formalarının ətraflı şəkildə izah edildiyi qanunvericilik təşəbbüsü Gürcüstan Parlamentində büroya təqdim edildikdən sonra ictimaiyyətə əlavə təfərrüatlar açıqlanacaq” – İstintaq Xidmətində bəyan ediblər.