Xorvatiyanın şimal-qərb İstriya bölgəsində kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı dörd nəfər həlak olub
Xorvatiyanın şimal-qərb İstriya bölgəsində, Medulin şəhəri yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı dörd nəfər həlak olub.
Məlumatı Xorvatiyanın dövlət informasiya agentliyi “Hina” polisə istinadən yayır.
Onlar xilasedicilərin hazırda daha iki nəfəri axtarması haqda məlumat verirlər.
Medianın məlumatına əsasən, kiçik təyyarə Almaniyadan Xorvatiya istiqamətində uçurmuş.
Yerli pilot Nicaz Deliç “Index” informasiya portalına bildirib ki, təyyarə “havada spiralvari dövrə vuraraq yerə çırpılıb”.