Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək
Xorvatiyada prezident seçkilərində ölkənin hazırkı prezidenti Zoran Milanoviç səslərin çoxunu toplayıb, lakin 50%-lik seçki həddini aşa bilməyib. Nəticədə Xorvatiyada seçkilərin ikinci turu keçiriləcək.
Məlumata əsasən, Milanoviç 49,09 faiz, onun əsas rəqibi, keçmiş elm naziri Draqan Primorak isə 19,35 faiz səs toplayıb.
“Mən qanunun aliliyi uğrunda mübarizə aparacağam” – nəticələr açıqlandıqdan sonra Milanoviç qeyd edib.
Seçkilərin ikinci turu yanvarın 12-də keçiriləcək.
Məlumat üçün bildirək ki, Milanoviç Ukrayna məsələsinə tənqidi yanaşır. O, Avropa İttifaqının Ukraynaya hərbi yardım göstərilməsi qərarının tərəfdarı deyil. Həmçinin, Milanoviç Rusiyaya qarşı sanksiyaların tətbiqi qərarını tənqid edirdi.