Xorvatiya Prezidenti Zoran Milanoviçin Tbilisi Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib
2026-cı ilin fevralın 11-də Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç həyat yoldaşı Sania Musiç Milanoviç və onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Gürcüstana rəsmi səfər edib. Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili və Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze prezident Milanoviçi Tbilisi Beynəlxalq Hava Limanında qarşılayıblar.
“Səfər çərçivəsində Xorvatiya Respublikası Prezidentinin Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır”- nazirliyin məlumatında qeyd olunub.