Xobisçğali çayı üzərində iki kəndi birləşdirən körpünün tikintisi başa çatıb
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti Xobi bələdiyyəsinin Kariati inzibati vahidində, Xobisçğali çayı üzərində yerləşən və Aşağı və Yuxarı Kariati kəndlərini birləşdirən körpünün tikintisini başa çatdırıb.
Avtomobil Yolları Departamentinin məlumatına görə, layihə çərçivəsində uzunluğu 116 metr olan yeni polad-dəmir-beton körpü inşa edilib. Körpünün piyada səkisinin eni isə 1,5 metrdir.
Yeni körpü sıx məskunlaşmış iki kəndi bir-birinə birləşdirəcək və əhalinin təhlükəsiz və rahat hərəkətini təmin edəcək.
Layihə dövlət büdcəsindən ayrılmış 4,7 milyon lari vəsaiti hesabına maliyyələşdirilib.