XİN – Rusiyanın Kramatorsk dəmir yolu vağzalına zərbə endirməsini görmək sarsıdıcıdır, biz günahsız insanlara növbəti hücumu qətiyyətlə pisləyirik
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya qüvvələrinin Donetsk vilayətinin Kramatorsk şəhərindəki dəmiryol vağzalına raket hücumlarına cavab verir.
Agentliyin sosial şəbəkədə yaydığı mətnə əsasən, Xarici İşlər Nazirliyi günahsız insanlara qarşı növbəti vəhşi hücumu qətiyyətlə pisləyir.
Xarici İşlər Nazirliyi Ukraynanın yanında olduqlarını bildirir.
“Rusiyanın Kramatorsk dəmir yolu vağzalına zərbə endirməsini görmək tamamilə sarsıdıcıdır. Günahsız insanlara qarşı növbəti vəhşi hücumu qətiyyətlə pisləyirik. Biz Ukraynanın yanındayıq”, – Xarici İşlər Nazirliyi bildirib.
Məlumat üçün bildirək ki, Donetsk vilayətinin Kramatorsk şəhərində dəmiryol vağzalına Rusiya qüvvələri raket zərbələri endirib. Son məlumatlara görə, hücumda beşi uşaq olmaqla 50 nəfər həlak olub.