XİN: Maka Boçorişvili ilə ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkili Emi Diaz görüşdə ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər

11:08, 31.07.2026

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkili Emi Diaz ilə tanışlıq görüşü keçirib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Gürcüstan ilə ABŞ arasında ikitərəfli münasibətlər və əməkdaşlığın perspektivləri müzakirə olunub.

“Tərəflər gələcək addımlar ətrafında fikir mübadiləsi aparıb və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər”, – deyə nazirliyin məlumatında bildirilir.

Oxşar