XİN – Gürcüstan Ukrayna və onun hökumətinə qarşı həyata keçirilən kiber-hücumu sərt şəkildə qınayır

13:02, 16.01.2022

Gürcüstan Ukrayna və onun hökumətinə qarşı həyata keçirilən kiber-hücumu sərt şəkildə qınayır, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.

İdarədə bəyan etdiklərinə görə, Gürcüstan Ukraynaya həmrəyliyini ifadə edir.

“Gürcüstan Ukrayna və onun hökumətinə qarşı həyata keçirilən kiber-hücumu sərt şəkildə qınayır. Bənzər hərəkətlər qəbuledilməzdir və vəziyyətin sonrakı eskalasiyasına əsas yaradır. Biz həmrəyliyimizi ifadə edirik”, – bəyanatda deyilir.

14 yanvarda Ukraynanın bir neçə nazirliyinə kiber-hücum həyata keçirildi. 15 yanvarda Kiyevdə bəyan etdilər ki, Ukrayna dövlət idarələrinə kiber-hücumu belarus hakerləri həyata keçirdilər.

https://twitter.com/MFAgovge/status/1482345045344858113?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1482345045344858113%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2F1tv.ge%2Fnews%2Fsagareo-saqmeta-saministro-saqartvelo-mkacrad-gmobs-ukrainisa-da-misi-mtavrobis-winaaghmdeg-gankhorcielebul-kibertavdaskhmas%2F%3Ffbclid%3DIwAR2ylywVnxb-Cms6SmQqIg_myn22y7YHCYEl5rox8eIt9Bk9Gl8YaqbnV4c

Oxşar