XİN – Gürcüstan 3+3 formatı barəsində mövqeyini dəfələrlə qeyd etdi, müvafiq olaraq, 10 dekabr görüşündə Gürcüstan təqdim olunmayacaq

14:18, 09.12.2021

Gürcüstan Xarici İşlər Nazirliyində bəyan edirlər ki, Gürcüstan 10 dekabrda 3+3 formatında keçiriləcək görüşdə təmsil olunmayacaq.

İdarədə bəyan etdiklərinə görə, Gürcüstan qeyd olunan formatda iştirakını müzakirə etmir.

“Gürcüstan Xarici İşlər Nazirliyi 3+3 bölgə əməkdaşlıq təşəbbüsü ilə bağlı mövqeyini dəfələrlə qeyd etdi, o cümlədən Xarici İşlər naziri son Parlament dinləməsində bu məsələ barəsində söhbət etdi. Biz qeyd olunan formatda iştirakı müzakirə etmirik və müvafiq olaraq, 10 dekabr görüşündə Gürcüstan təqdim olunmayacaq”, – Xarici İşlər Nazirliyində bəyan edirlər

3+3 formatı çərçivəsində ilk görüş Moskvada sabah planlaşdırılıb. Qeyd olunan barəsində məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yaydı. Görüşdə Türkiyə, Rusiya, İran, Azərbaycan və Ermənistan nümayəndə heyətləri Xarici İşlər nazirlər müavinlərinin rəhbərliyi ilə iştirak edəcəklər. İştirakçılar siyahısında Gürcüstan yoxdur.

 

Oxşar