Xilasedicilərin Ponicalada dağıntılar altından sağ çıxardığı üç yaşlı qızın səhhəti qənaətbəxşdir
İnqoroğva klinikasının həkimi, xilasedicilərin Ponicalada baş verən bədbəxt hadisə nəticəsində dağıntılar altından sağ çıxardığı üç yaşlı qızın səhhətinin qənaətbəxş olduğuna dair məlumat verir.
Həkimin verdiyi məlumata əsasən, aparılan kompüter tomoqrafiyasının nəticələrinə əsasən, üç yaşlı qızda hər hansı kəskin travmatik zədələnmə aşkarlanmayıb.
Həmçinin, həkim hadisə yerindən İnqoroğva klinikasına daha iki nəfər – ana və övladının gətirildiyinə, onların da vəziyyətinin qənaətbəxş olduğuna dair məlumat verir.
“İnqoroğva klinikasına hadisə yerindən üç pasiyent gətirilib. Bu mərhələdə ana qənaətbəxş vəziyyətdə evə buraxılıb, 11 yaşlı oğlana gəlincə, onun vəziyyəti nisbətən qənaətbəxşdir, hərçənd müalicəsini intensiv terapiya şöbəsində davam etdirir. Bir saat əvvəl üç yaşlı qız gətirilib, onun da vəziyyəti qənaətbəxşdir. Aparılan kompüter tomoqrafiyasının göstəricilərinə əsasən, hər hansı kəskin travmatik zədələnmə aşkarlanmayıb” – həkim açıqlayıb.
Bu gün səhər Ponicalada qaz partlayışı yaşayış binasında dağıntıya səbəb olub. Bu vaxta olan məlumatlara əsasən, dağıntılar altından bir nəfər sağ, iki nəfər dünyasını dəyişmiş çıxarılıb, dörd nəfərlə bağlı isə axtarış-xilasetmə tədbirləri davam etdirilir.