Xilasedicilər Sxenisğali çayında altı yaşlı uşağı ölü tapdılar

10:34, 18.08.2022

Xilasedicilər bu gün səhər saatlarında Xoni munisipalitetinin Matxoci kəndindən olan altı yaşlı uşağın meyitini Sxenisğali çayında tapdılar.

Yeniyetmənin axtarış-xilasetmə işlərinə Martvili rayonunun Xuntsi kəndi ərazisindəki çayda dünən başlanıldı. Uşağı bacı-qardaşı ilə birlikdə çaya babası aparmışdı. Günorta saatlarında yeniyetmə itkin düşdü.

Çayda axtarış-xilasetmə işlərinə elə dünən başlanıldı. İşlərə yerli əhali də cəlb olunmuşdu. Axtarışlar dünən gecə saatlarına qədər davam etdi və səhər saatlarında yenidən başlanıldı.

Oxşar