Xilasedicilər Ponicalada iki nəfərin cəsədini çıxarıblar
Xilasedicilər Ponicalada iki nəfərin cəsədini çıxarıblar. Bu haqda məlumatı Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Qurumun məlumatına əsasən, xilasedicilər qadın və azyaşlını dağıntılar arasında tapıblar.
Xatırladaq ki, bir qədər əvvəl xilasedicilər Ponicalada dağıntılar altından azyaşlı qızı çıxarıblar. Uşağı təcili yardım avtomobili ilə klinikaya aparıblar.
Ponicalada yaşayış binasında bu gün qaz partlayışı dağıntıya səbəb olub. Bədbəxt hadisə nəticəsində xəsarət alan dörd nəfər klinikalara yerləşdirilib, bu vaxt üçün 4 nəfərin axtarış-xilasetmə tədbirləri davam etdirilir.