Xilasedicilər Ponicalada dağıntılar altından azyaşlını çıxarıblar

17:50, 19.11.2026

 

Xilasedicilər Ponicalada dağıntılar altından azyaşlı qızı çıxarıblar. Məlumatı Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən təsdiqləyiblər.

Mövcud məlumatlara əsasən, azyaşlını təcili yardım avtomobili ilə klinikaya aparıblar.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətində bəyan etdikləri kimi, hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Məlumat üçün bildirək ki, Ponicalada yaşayış binasında bu gün qaz partlayışı dağıntıya səbəb olub. Bədbəxt hadisə nəticəsində xəsarət alan dörd nəfər klinikalara yerləşdirilib, altı nəfərin isə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Sosial şəbəkədə şəkli Qiorqi Maldziqaşvili yayır.

Oxşar