Xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş yanğınsöndürən-xilasedici Qiorqi Lelaşvili fəxri qarovul dəstəsinin müşaiyəti ilə dəfn edilib
Bir neçə gün əvvəl xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin yanğınsöndürən-xilasedicisi, mülki təhlükəsizlik leytenantı 42 yaşlı Qiorqi Lelaşvilinin cənazəsini Müqəddəs Qiorqi kilsəsindən fəxri qarovul dəstəsinin müşaiyəti ilə çıxarıblar.
Baş nazir İrakli Kobaxidze, daxili işlər naziri Vaxtanq Qomelauri, parlamentin sədri Şalva Papuaşvili, Tbilisinin meri Kaxa Kaladze, daxili işlər nazirinin müavini İoseb Celidze və Fövqəladə Halların İdarəedilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili dünyasını dəyişmiş yanğınsöndürən-xilasedicinin xatirəsini yad ediblər.
Dəfn mərasimində Daxili İşlər Nazirliyinin digər rəhbər şəxsləri, əməkdaşları, yanğınsöndürən-xilasedicilər və Fövqəladə Halların İdarəedilməsi Xidmətinin administrasiyasının nümayəndələri də iştirak ediblər.
Qiorqi Lelaşvili cari ilin dekabrın 21-də Tbilisidə İlia Cavcavadze prospektində yerləşən binada yanğının söndürülməsi işlərini yerinə yetirirdi, bu zaman divar üzərinə uçdu və onun həyatını itirməsi ilə nəticələndi. O, 12 il yanğınsöndürən-xilasedici kimi çalışıb və bir çox mühüm tədbirlərdə iştirak edib.
Fəxri qarovul dəstəsi xüsusi yaylım atəşi ilə mərhumun xatirəsini ehtiramla yad edib, dəfn mərasimindən sonra isə onun ailə üzvlərinə Gürcüstanın dövlət bayrağını təqdim edib.