Xidmət Agentliyinin Axaltsixe struktur vahidində güclü qar yağmasına görə sürücülük hüququnu qazanmaq üçün praktiki imtahanın ikinci mərhələsi - şəhər dayandırılıb
Xidmət Agentliyinin Axaltsixe struktur vahidində güclü qar yağmasına görə sürücülük hüququnu qazanmaq üçün praktiki imtahanın ikinci mərhələsi - şəhər dayandırılıb

 

Xidmət Agentliyinin Axaltsixe struktur vahidində güclü qar yağmasına görə nəqliyyat vasitələrini idarə etmək hüququnu qazanmaq üçün praktiki imtahanın ikinci mərhələsi – şəhər dayandırılıb. Məlumatı Xidmət Agentliyi yayır.

Yayılmış məlumatda qeyd olunduğu kimi, hazırda təmizləmə işləri aparılır.

“Praktiki imtahanın ikinci mərhələsi üçün qeydiyyatdan keçmiş namizədlər diskvalifikasiya olunmayacaq və ödənilmiş məbləğ tam olaraq qorunub saxlanacaq. İmtahanın konkret tarixi barədə mərhələli şəkildə namizədlərə ətraflı məlumat veriləcək. Nəzərə alın ki, güclü qar yağması səbəbindən agentliyin digər struktur vahidlərində də imtahan prosesi ləngiyə bilər. Xahiş edirik, imtahanda iştirak etməzdən əvvəl 1272 qaynar xətti ilə bizimlə əlaqə saxlayın” – yayılmış məlumatda deyilir.