Xidmət Agentliyində nəqliyyat vasitələrinin məsafədən yenidən rəsmiləşdirilməsi xidməti istifadəyə verilib
Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində nəqliyyat vasitələrinin məsafədən yenidən rəsmiləşdirilməsi üzrə yeni elektron xidmətin təqdimatı keçirilib.
DİN-in məlumatına görə, tədbirdə Xidmət Agentliyinin direktoru Şalva Kbiliaşvili, direktor müavinləri, Rustavi Mərkəzi Departamentinin və müxtəlif struktur bölmələrinin nümayəndələri iştirak ediblər.
Məlumatda bildirilir ki, çıxışı zamanı Şalva Kbiliaşvili vurğulayıb ki, Agentliyin əsas prioritetlərindən biri xidmətlərin fasiləsiz inkişaf etdirilməsi, vətəndaşlara müasir, sürətli və rahat xidmətlərin təqdim olunmasıdır.
Təqdimat çərçivəsində Agentliyin direktor müavini Nino Efxoşvili iştirakçılara yeni elektron xidmətin işləmə prinsipi, prosedurları və texniki imkanları barədə ətraflı məlumat verib.
Vətəndaşlar bu xidmətdən həm Xidmət Agentliyinin SERVICE AGENCY mobil tətbiqi, həm də Sa.gov.ge internet saytı vasitəsilə yararlana bilərlər.