Xidmət Agentliyi - Agentliyin struktur bölmələri aprelin 9-dan aprelin 13-ü də daxil olmaqla fəaliyyət göstərməyəcək
Xidmət Agentliyi - Agentliyin struktur bölmələri aprelin 9-dan aprelin 13-ü də daxil olmaqla fəaliyyət göstərməyəcək

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin məlumatına əsasən, agentliyin struktur bölmələri 2026-cı ilin aprelin 9-dan aprelin 13-ü də daxil olmaqla fəaliyyət göstərməyəcək.

Qurumun məlumatına əsasən, sürücülük hüququ almaq üçün praktiki imtahanın birinci mərhələsində (meydança) iştirakın 30-cu günü 2026-cı ilin aprelin 9-dan aprelin 13-ü də daxil olmaqla olan şəxslərə imtahanda iştirak hüququ aprelin 14-dən aprelin 18-i də daxil olmaqla veriləcək.

“Nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarını saxlayan/bron edən və qeyd olunan müddətdə saxlanma/bronlama müddəti başa çatan şəxslər üçün müddət aprelin 14-ü də daxil olmaqla uzadılacaq.

Nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin son günü 2026-cı ilin aprelin 9-dan aprelin 13-ü də daxil olmaqla olan müddətə təsadüf edən şəxslərə, cərimə sanksiyaları tətbiq olunmayacaq və gömrük rəsmiləşdirilməsinin son tarixi olaraq aprelin 14-ü müəyyən ediləcək” – bəyanatda qeyd olunub.