Xaşuri munisipalitetinin Xidisğuri kəndində, fövqəladə vəziyyət çərçivəsində qüvvəyə minən sərt karantin rejimi bu gün aradan götürüldü.
21 ailənin yaşadığı kənd, iki həftə ərzində tam karantin rejimində yaşayırdı.
Kəndə necə daxil olma, eləcə də tərk etmə qadağan idi. Rejim kənddə iki qadında koronavirusun təsdiq olunmasından sonra sərtləşdirildi. Virusa yoluxanlardan biri müalicəsini Tbilisidə, ikincisi isə, Qori Hospitalında davam etdirir.