Xəstəliklərə Nəzarət Milli Mərkəzi - yüz min əhaliyə koronavirusun testləşdirmə göstəricisi ilə Gürcüstan Avropada 11-ci yerdədir
Yüz min əhaliyə koronavirusun testləşdirmə göstəricisilə Gürcüstan Avropada 11-ci yerdədir. Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzi tərəfindən dərc olunan “Bir il “COVID-19″ ilə birlikdə” adlı hesabatında qeyd olunub.
Daha dəqiq olaraq, hesabata əsasən, 2020-ci ildə ölkədə edilən testlərin ümumi sayı 1 957 395-i təşkil etdi. Bu isə, yüz min əhaliyə 52 662 testi təşkil edir. Bu baxımından Avropada birinci yerdə Lüksenburqdur, ikincidə Danimarka və üçüncüdə Kirpdir. Qeyd olunan göstəricilərlə Gürcüstan Norveç, İtaliya, İsveçrə və Finlandiya kimi ölkələri ötür.
Hesabata əsasən, 2020-ci il 31 dekabr göstəricilərilə, testləşdirmənin göstəricisi 11.6 faizi təşkil etdi.