Xəstəliklərə Nəzarət Milli Mərkəzi yay dövründə infeksiyaların və müxtəlif xəstəliklərin qarşısını almaq üçün tövsiyələr dərc edir
Xəstəliklərə Nəzarət Milli Mərkəzi yay dövründə infeksiyaların və müxtəlif xəstəliklərin qarşısını almaq üçün tövsiyələr dərc edir.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məlumatına əsasən, isti yay dövrünün başlaması ilə qida və su ilə bağlı infeksiyaların, ishal, Hepatit A-nın, leptospirozun, leyşmaniozun və digər xəstəliklərin inkişaf etmə riski əhəmiyyətli dərəcədə artır.
“Özünüzü xəstəliklərdən qorumaq üçün profilaktik tədbirlərə riayət edin:
Su hövzələrində çimərkən və ya balıq tutarkən suyu udmayın – bu, ishal, Hepatit A və ya leptospiroza yoluxmanın səbəbi ola bilər; heyvan mənşəli qidaları – toyuq, donuz və mal ətini, balığı, yumurtanı istehlak etməzdən əvvəl yaxşıca bişirin və ya qızardın; çiy və bişmiş məhsullar üçün müxtəlif doğrama taxtalarından istifadə etmək zəruridir; yeni bişirilmiş yeməyi isti halda qəbul etmək tövsiyə olunur və ya hazır yeməyi yeməzdən əvvəl yaxşıca qızdırın/qaynadın; çiy, çirkli, çatlamış, yarıbişmiş və ya yarıqızardılmış qızarmış yumurta qəbul etməyin.
qaynadılmamış süd və süd məhsulları yeməyin; salatlar birbaşa süfrəyə aparılmazdan əvvəl mayonez və ya xama ilə qarışdırılmalıdır; göyərti və meyvə əvvəlcə suda isladılmalı və sonra axar su ilə diqqətlə yuyulmalıdır; sağlam və təzə soyulmuş meyvə qəbul edilməsi arzuolunandır; ishal (Diareya) olan şəxslərin yemək hazırlaması və ya başqa şəxsə qulluq işinə cəlb olunması yolverilməzdir; simptomlar (qarın nahiyəsində ağrı, ishal, ürəkbulanma, qusma, halsızlıq, iştahasızlıq və s.) ortaya çıxan kimi dərhal həkimə müraciət edin; hər zaman yemək hazırlamazdan əvvəl, yemək yeməzdən əvvəl və tualetdən istifadə etdikdən sonra əllərinizi axar su və sabunla yuyun; yay aylarında müxtəlif heyvanlar (xüsusilə itlər) tərəfindən insanları dişləmə–cızma–yalama halları artır. Belə hallarda ən yaxın tibb müəssisəsinə müraciət etməyiniz zəruridir; flebotom və/və ya ağcaqanadların yayıldığı və ya yayılma ehtimalı olan coğrafi ərazilərdə özünüzü maksimal şəkildə ağcaqanadların sancmasından qoruyun. Yay mövsümünü sağlam keçirməyinizi arzulayırıq” – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məlumatında deyilir.