Xəstəliklərə Nəzarət Mərkəzi - Gürcüstanda 10 avqustda 23 935 insan peyvənd olundu
Xəstəliklərə Nəzarət Mərkəzi - Gürcüstanda 10 avqustda 23 935 insan peyvənd olundu

Gürcüstanda son 24 saat ərzində vaksinasiyanın rekord göstəricisi qeydə alındı, – bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayır.

Elə onların məlumatına görə, dünən, 10 avqustda 23 935 insan peyvənd olundu.

“COVID-19″-a qarşı vaksinasiya insanların həyatını xilas edə bilir.  Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi hər bir vətəndaşı yüksək sosial məsuliyyətə görə, minnətdarlığını bildirir və ümid edirik ki, vaksinasiya olunmuş insanları sayı hərgünlük olaraq artacaq”,  –  Xəstəliklərə Nəzarət Milli Mərkəzində bəyan edirlər.