Xerson vilayətində müvəqqəti işğal altındakı Oleşki şəhəri ərazisində atəşkəs rejimi qüvvəyə minib
Ukraynanın ombudsmanı Dmitro Lubinets Xerson vilayətində müvəqqəti işğal altındakı Oleşki şəhəri ərazisində atəşkəs rejiminin oktyabrın 27-si saat 03:00-dan qüvvəyə mindiyini bəyan edib. Məlumatı Ukrayna mediası yayır.
Lubinetsin izahatına əsasən, humanitar missiya Ukrayna və Rusiyanın insan hüquqları üzrə komissarlarının əməkdaşlığı, ABŞ-nin birinci xanımı Melania Trampın vasitəçiliyi və koordinasiyası ilə həyata keçirilir.
Rusiya Müdafiə Nazirliyi “sükut rejimi”nin tətbiq olunduğunu təsdiqləyib.
Məlumat üçün bildirək ki, Ağ Ev bundan əvvəl Melania Trampın səyləri ilə Rusiya tərəfindən işğal edilmiş Oleşki şəhərində Rusiya və Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlamışdı. Şəhərdə humanitar böhran hökm sürür.