Xelvaşauri munisipalitetinin Çarnali kəndində qətl baş verdi
Xelvaşauri munisipalitetinin Çarnali kəndində qətl baş verdi

Xelvaşauri munisipalitetinin Çarnali kəndində kişi arvad-uşağını qətlə yetirdi. Mövcud məlumatla, qətlə 22 yaşlı uşaq və anası yetirilib. Kişi bundan sonra həyatına intiharla son qoydu.

Hadisə zamanı kişinin anası və qızı da evdə idilər, onlar qaça bildilər.

Qonşular dediyinə görə, ailədə münaqişə olmayıb, lakin  kişinin psixi sağlamlıq problemi var idi.

Hüquqmühafizə orqanları hadisə yerindədilər. Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu, ağırlaşdırıcı şəraitdə adam öldürmə maddəsi ilə istintaq aparılır.