Xavyer Kolomina – NATO Gürcüstanın Cənubi Osetiya bölgəsində keçirilən seçkilərin legitimliyini tanımır

10:53, 11.04.2022

NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib ki, NATO bazar günü Gürcüstanın Cənubi Osetiya regionunda keçirilən seçkilərin legitimliyini tanımır.

“NATO bazar günü Gürcüstanın Cənubi Osetiya bölgəsində keçirilən seçkilərin legitimliyini tanımır. Alyans Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edir”, – Kolomina bəyanatında bildirib.

İşğal altında olan Sxinvalidə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, marionet rejimin ikinci tur keçirəcəyi gözlənilir. Separatçı rejimin fikrincə, de-fakto liderlər Anatoli Bibilov və Alan Qaqloyev seçkilərin ikinci turunda üz-üzə gələcəklər.

Oxşar