Xavyer Betel – Ukraynanın Avropa gələcəyindən danışarkən Gürcüstan və Moldovanı da unutmaq olmaz
Gürcüstan və Moldovanı Ukraynadan ayırmamalıyıq, çünki bu, səhv olardı. Ukraynanın Avropa gələcəyindən danışarkən, Gürcüstan və Moldovanı unutmaq olmaz, mən həmişə bu barədə açıq və ya qapalı görüşlərdə danışıram”, – Lüksemburqun baş naziri Xavyer Betel deyib.
O bildirib ki, sabah Gürcüstan, Ukrayna və Moldovanın Avropa Birliyinə üzv olacağı görüntüsü yaratmaq səhv olardı.
“Digər tərəfdən, biz Ukraynaya sabah Avropa Birliyinə üzv olacağına söz verməməliyik, çünki bizim hörmət etməli olduğumuz Kopenhagen qaydaları və prosedurları var. Mən Emmanuel Makrondan gələcəkdə daha yaxın münasibətlərlə məşğul olan bir təklif gördüm. O, Aİ-yə üzvlük statusunun verilməsi ilə heç bir şeyin olmaması arasında bir yol tapmağa çalışır. Bu, variantlardan biri ola bilər, amma yenə də hesab edirəm ki, sabah bu ölkələrin Aİ-yə üzv olacağı təəssüratı yaratmaq səhv olardı. Qaydalar var və onlar bu qaydalara əməl etməlidirlər” dedi Xavyer Betel.