Xavier Solana - Ukraynaya kömək etməliyik, lakin NATO-ya qəbul edə bilmərik
Xavier Solana - Ukraynaya kömək etməliyik, lakin NATO-ya qəbul edə bilmərik

 
Ukraynaya kömək etməliyik, lakin NATO-ya qəbul edə bilmərik- bu barədə NATO-nun keçmiş baş katibi və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə keçmiş ali nümayəndəsi Xavier Solana İspaniya mətbuatına müsahibəsində açıqlayıb.

İspan siyasətçi üçüncü dünya müharibəsindən qaçınmağın labüd olduğunu bildirib.

“Həqiqi münaqişədən qaçınmaq çox vacibdir, çünki indi bu, Rusiya və Ukrayna arasındadır, lakin münaqişə NATO ölkələri və ABŞ-a keçən kimi, nüvə münaqişəsinə çevriləcək və biz üçüncü dünya müharibəsi səviyyəsinə yüksələcəyik”- deyə Xavier Solana açıqlayıb.