Xatiya Dekanoidze - təəssüfləndiricidir ki, partiyanın sədri müzakirəsiz bu cür bəyanatlar edir
Xatiya Dekanoidze - təəssüfləndiricidir ki, partiyanın sədri müzakirəsiz bu cür bəyanatlar edir

“Milli Hərəkatın üzvü, Xatiya Dekanoidzenin bəyan etdiyinə görə, Qriqol Vaşadzenin bəyanatı partiya liderləri və siyasi şura ilə razılaşdırlmamışdı.

“Qriqol Vaşadzenin bəyanatı partiya liderləri və siyasi şura ilə razılaşdırlmış mövqe deyildi.

Təəssüfləndiricidir ki, partiyanın sədri müzakirəsiz bu cür bəyanatlar edir.

Biz danışıqlara qarşı çıxmırıq, yalnız müxalifət spektri tərəfindən tamamilə razılaşdırılmış şərtlərlə! Rəsmi partiyanın bəyanatı ayrıca ediləcək”, – Dekanoidze bəyan edir.

Yayılan bəyanatda Qriqol Vaşadze partiyaları prosesi danışıqlar masasına keçirməyə və dərin dövlət böhranından çıxış üçün, bütün vasitələrdən istifadə etməyə çağırdı.