Xatiya Dekanoidze – Mixeil Saakaşvili ilə görüşdüm, çox möhkəm durur, tezliklə azadlıqda olacaq, Gürcüstan da azad olacaq, qələbəmiz qaçınılmazdır
Rustavinin 12 saylı cəzaçəkmə müəssisəsi qarşısında “Milli Hərəkatın” təşkilatçılığı ilə Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilir.
Aksiyada ona qədər həbsxanada Mixeil Saakaşvili ziyarət edən “Milli Hərəkatın” üzvü, Xatiya Dekanoidze nitqlə çıxış etdi.
Xatiya Dekanoidzenin dediyinə görə, Mixeil Saakaşvili qoçaq durur və böyük qələbənin gözləntisindədir.
“Ən önəmli an o idi ki, mən indi, bu həbsxanada idim, Saakaşvili ilə görüşdüm, sisin səsinizi eşidirdi, böyük sevgi ismarıcladı, çox möhkəm durur, yaxşıdır, əsas odur ki, Gürcüstanın qələbəsinə və bu rejimin məğlubiyyətinə böyük inamı var. Gürcüstanın üçüncü prezidentinin həbsxanda olması bu rus rejiminin qurbanıdır, bu hakimiyyətin ayıbıdır. Ölkənin ayıbıdır, lakin tezliklə azadlıqda olacaq, Gürcüstan da azad olacaq, qələbəmiz qaçınılmazdır. Azadlıq üçün mübarizəsiz qələbə mövcud deyil, çətindir, riskli yoldur və bunu Mişa dərk etmişdi, lakin xoşbəxtdir ki, öz vətənindədir, sizin səsinizi eşidir və böyük qələbənin gözləntisindədir”, – Dekanoidze bəyan etdi.