Xaşuridə baş vermiş hadisə ilə bağlı istintaq ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə başlayıb
Xaşuridə baş vermiş hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə başlayıb, bu isə ehtiyatsızlıqdan adam öldürmə deməkdir. Bu barədə Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən deyiblər.
Məlum olduğu kimi, Xaşuridə doqquz yaşlı uşağı evdə ölü halda tapıblar, ananı isə huşsuz vəziyyətdə klinikaya aparıblar.
Hadisə ilə bağlı digər təfərrüatlar bilinmir.