Xaşuri-Axaltsixe-Vale yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Xaşuri-Axaltsixe-Vale yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 
Xaşuri-Axaltsixe-Vale yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib – bu haqda məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Qar yağması və yolun buz bağlaması ilə əlaqədar Xaşuri-Axaltsixe-Vale beynəlxalq avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılır, digər bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir” – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.